Obamaya yaxın mətbuat Ərdoğanı "vurdu"

09:58 | 27.12.2013
Obamaya yaxın mətbuat Ərdoğanı "vurdu"

Obamaya yaxın mətbuat Ərdoğanı "vurdu"

ABŞ Dövlət Departamentinə yaxınlığı ilə seçilən "New York Times" qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı tənqid edən yazı dərc edib. "Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayrakdar baş nazir Ərdoğanı günahlandıraraq istefa verdi" başlıqlı "Rüşvət" qalmaqalı baş nazir Ərdoğana bir addım daha yaxınlaşdı" yarımbaşlıqlı yazıda AKP hökuməti tənqid olunub.  Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə Türkiyədə baş verən son hadisələr xarici mətbuatın da diqqət mərkəzindədir. New York Times qəzeti Türkiyədə 3 nazirin eyni gündə istefa verməsini ölkədəkı böyük kriz i kimi dəyərləndirib. Qəzet, istefa verən nazirlərdən birinin heç kimin gözləmədiyi açıqlama verməsini xüsusi vurğulayıb. Eyni zamanda, amerikalıların təbirincə desək," müxalifəti susdurmaqla" ad çıxarmış iqtidarın, öz içindən belə bir açıqlama gəlməsinin böyük təəccüb doğurduğunu yazıb. Qəzet yazır: "Bu rəftar aparılan istintaqın əhəmiyyətini daha da artırdı. Türkiyə cəmiyyəti son on ildə ölkəni idarə edən iqtidarın çöküb-çökməyəcəyini maraqla gözləyir". New York Times qəzeti Bayraqdarın, baş naziri də istefaya çağırmasını, Rəcəb Tayyip Ərdoğanın yol verdiyi nöqsanların olduğuna işarə olaraq şərh edib. Qəzet daha sonra yazıb: "Bu böhran Türkiyənin imici ilə ziddiyyət təşkil edir. Türkiyə demokratik qanunlarla idarə olunan, firavan ölkə təsiri bağışlayırdı. Eyni zamanda NATO-nun da üzvüdür. ABŞ və Avropa Birliyində sabit, güclü olkə kimi tanınır. "Rüşvət" əməliyyatı sadəcə Ərdoğanın imicinə ziyan vurmadı, eyni zamanda Türkiyənin bölgədəki rolu və qərblə əlaqələri də zərbə aldı. Ərdoğanı narahat edən məsələlərdən biri də gəzi hadisələrində olduğu kimi xalqın meydanlara gələcəyi ehtimalıdır. Necə ki, cərşənbə axşamı İstanbulda və bölgələrdə "Hər yer rüşvət, hər yer korrupsiya" şüarı ilə etiraz etdilər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM