Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakıda Drakonid meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq.
Qeyd edilib ki, Drakonid saatda cəmi 10 meteor istehsal edən kiçik meteor yağışıdır. O, ilk dəfə 1900-cu ildə kəşf edilmiş "21P Giakobini-Zinner” kometinin qoyub getdiyi toz dənələri tərəfindən əmələ gəlir. Kometin Günəş ətrafında bir dövrü tamamlaması təxminən 6,6 il çəkir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !