Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib.Bu barədə apasport.az saytına 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib. O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib. Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !