Olimpiya mükafatçısı medalını satışa çıxarıb

09:00 | 25.02.2014
Olimpiya mükafatçısı medalını satışa çıxarıb

Olimpiya mükafatçısı medalını satışa çıxarıb

Kanadalı fiqurlu konki idmançısı qazandığı medalı satışa çıxarıb.ANS PRESS-in xəbərinə görə, Kanadalı idmançı Anuk Leblan Bauçer 2006-cı il Torino Qış Olimpiyadasında qazandığı gümüş medalı 1 milyon dollar qiymətlə satışa çıxarıb.2006-cı il Torino Qış Olimpiyadasında Kanadanı təmsil edərək iki medal qazanan Anuk Leblan Bauçer yeni olimpiyadalara hazırlaşmaq məqsədilə medalını satmağa qərar verib."Kijiji" adlı sayta elan verən idmançı satışdan əldə edəcəyi gəlirlə Cənubi Koreyada təşkil ediləcək "2018-ci il Qış Olimpiadası"na hazırlaşacağını açıqlayıb.2006-cı ildə fiqurlu konki üzrə yarışda 3 min metrdə gümüş və 500 metrdə bürünc medal qazanan Kanadalı idmançı həmin yarışda istifadə etdiyi konkisi üçün 7 min dollar və gümüş medalı üçün isə 1 milyon dollar qiymət qoyub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM