İyulun 29-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan hazırda saxlama şəraitindən razılıq edib. Bu barədə Xaçarturyan Ombudsman Səbinə Əliyeva ilə görüşündü bildirib.
"Xaçarturyan ona göstərilən humanist münasibətdən keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib.
Onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Başçəkmə çərçivəsində qəbul edilmiş həmin şəxslə bağlı məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib", - məlumatda deyilir.
Vaqif Xaçaturyan 1991-ci il dekabrın 22-də Xocavəndin Meşəli kəndində baş vermiş hadisələrlə bağlı 2013-cü ildə açılmış cinayət işi çərçivəsində iyulun 29-da saxlanılıb. İstintaqın məlumatına görə, o zaman Xankəndindəki avto nəqliyyat müəssisələrindən birində sürücü işləyən Xaçatryan bu kəndə silahlı basqın edən erməni birləşmələrinin tərkibində olub, nəticədə 25 azərbaycanlı öldürülüb, 358 nəfər qanuni yaşayış yerindən zorla çıxarılıb. 2013-cü ilin dekabrında Azərbaycan məhkəməsi Xaçatryanın həbsi barədə qərar çıxarıb, eyni zamanda o, beynəlxalq axtarışa verilib.
Gülnar
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !