Kamal ƏliBarəsində çox danışılan, amma heç bir faydası olmayan ATƏT Bakıya təşrif buyurdu. 500 nəfərə yaxın deputat və xidmət personalı iyunun 28-dən iyulun 2-sinə kimi ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyasını keçirəcək. Bu gün mən birinci plenar sessiyada oldum. ATƏT PA-da prezident İ.Əliyev çıxış edəcək, sessiya iclasları olacaq… Bütün bunlar barədə həm Bakıya qonaq gəlmiş, həm də yerli informasiya agentlikləri və jurnalistlər yazacaq. Mən kənardan baxarkən, yaranan təəssüratlarımı bölüşmək istərdim.ATƏT Parlament Assambleyası və onun tədbirləri, yerlərə gedən komissiyalar, seçkilərin və böhran vəziyyətlərinin tədqiqi, konfranslar və seminarlar, deputatların dövlətlərin rəhbər şəxsləri və partiya rəhbərləriylə görüşləri – bu, effektivliyi barədə mühakimə yürüdülməsi müşkül məsələ olan bahalı həngamədir. Avrodeputatlar avropa məkanı üçün ümumi qanunlar, normalar yaradır və dövlət başçılarının fikirlərini avropa seçicilərinin nəzərinə çatdırır. Amma son söz və ən əsası – hərəkət yerlərdə hakimiyyətin ixtiyarında qalır.- Qeyd edək ki, 16 mart 2014-cü ildə Krımda keçirilmiş referendum Ukraynanın və Ukrayna tərkibində muxtar respublika kimi Krımın Konstitusiyasının açıq şəkildə pozulması ilə keçirilmişdir…- Rusiya Federasiyası beynəlxalq öhdəliklərini pozaraq Ukraynanın şərq hissəsinə qarşı da ərazi iddiaları irəli sürməkdə davam edir…Bu, "Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin aşkar, kobud və cəzasız pozulması" haqda qətnamə layihəsinin 19 bəndindən 2 bəndidir, hansı ki sessiyada təklif ediləcək və yəqin ki, qəbul ediləcək. Amma bu qətnamədən ukraynalılara nə fayda? Bu qətnamə Bakıda müzakirə edilib, qəbul olunmaqda ikən, cinayətkar-separatistlər Ukrayna ordusuna hücüm edirlər, öldürülmüş əsgərlərə sevinirlər, ordu şərqi Ukrayna şəhərlərini mərmilərlə örtür, mərmi isə günahkarla-günahsızı ayırd etmir.ATƏT Parlament Assambleyası ilk növbədə avrodeputatlar və onlara xidmət edən inzibati personaldır. Onlar sevirlər, nifrət edirlər, zarafat edirlər, göz qoyurlar, qeybət edirlər, şikayət edirlər, lovğalanırlar. İki saat ərzində, plenar sessiyada olduğum müddətdə, çıxış edənlər öz fəaliyyətlərini, yalnız "əla" və "yaxşı" sözləriylə xarakterizə etdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !