Rusiyanın müraciətinə ABŞ-dan RƏDD CAVABI

11:45 | 22.10.2016
Rusiyanın müraciətinə ABŞ-dan RƏDD CAVABI

Rusiyanın müraciətinə ABŞ-dan RƏDD CAVABI

Amerikada prezident seçkilərinə 3 həftədən az müddət qalıb. Lakin son günlər ABŞ-la Rusiya arasında seçkilərdə müşahidəçiliklə bağlı gərginlik yaşanıb.

ANN.Az "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Hyuston şəhərindəki Baş Konsulluğunun rəsmiləri Texas rəsmilərinə müraciət edərək, seçkilərdə müşahidəçi qismində iştirak etmək istədiklərini bildirib. Lakin müraciət qəbul edilməyib.

Texas XİN rəhbəri Karlos Kasko Rusiya rəsmilərinin müraciətinə belə cavab verib:

"Seçkilərdə müşahidəçiliklə bağlı göndərdiyiniz məktuba müsbət cavab verə bilmirik”.

Lakin rədd cavabının detalları açıqlanmayıb. Texasla yanaşı, Oklahama və Luiziana ştatları da Rusiyaya seçkilərdə müşahidəçi qismində iştirakla bağlı rədd cavabı verib.

ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Kirbi açıqlamasında bildirib ki, Rusiya müşahidəçiliklə bağlı ATƏT çərçivəsində müraciət etməyib:

"Rusiya sentyabrda ATƏT-lə birgə müşahidəçi olmaq üçün müraciət edə bilərdi. Amma daha sonra tək müraciət etdi. Bunu PR gediş olaraq qiymətləndirdik və müraciətə mənfi cavab verdik”.

Kamil ƏMİRLİ


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM