• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

OPEC-in Baş katibi dünya enerji bazarının investisiyalara olan tələbatını açıqlayıb

OPEC-in Baş katibi dünya enerji bazarının investisiyalara olan tələbatını açıqlayıb
02.09.2023 22:00
2045-ci ilə qədər neft dünyanın enerji tələbatının təxminən 29 %-ni təşkil edəcək və bu zamana qədər 12,1 trilyon ABŞ dolları və ya ildə 500 milyard ABŞ dollardan çox investisiya tələb olunacaq, baxmayaraq ki, son illərdəki səviyyələr bu göstəricidən xeyli aşağıdır.

Bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam əl-Qeys deyib.

"Neftə investisiyalar enerji təhlükəsizliyi tələbi üçün çox vacibdir. OPEC-ə üzv ölkələr enerji yoxsulluğunun aradan qaldırılmasına kömək etməklə yanaşı, emissiyalarını azaldaraq, gələcək enerji ehtiyaclarını ödəmək üçün lazım olan sərfəli enerjini təmin etməyə hazır və qadirdirlər.

Neftə olan tələbatın gözlənilən artımı, davamlı tədarükü təmin etmək üçün daha çox investisiya tələb edir. Bununla belə, bu gün bütün dünyada narahatlıq doğuran reallıq ondan ibarətdir ki, enerjinin bütün növlərinə kifayət qədər sərmayə qoyulmur”, – OPEC-in Baş katibi bildirib.

Neftə adekvat sərmayə qoymamağın nəticələri OPEC Katibliyinin bu yaxınlarda apardığı araşdırmada aydın şəkildə göstərilib ki, bu gün, bəzi çağırışlara görə, faydalı qazıntı ehtiyatlarının işlənməsinə investisiyaları dayandırılırsa, 65 ildən sonra neft bazarı qlobal tələb və təklifdə proqnozlaşdırılan artım arasında gündə 16 milyon barel kəsirlə üzləşəcək.

"Bu gün neft sənayesi milyardlarla insanın həyatının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Əgər dünya nizamlı enerji keçidini həyata keçirmək istəyi ilə hamı üçün enerji təhlükəsizliyini təmin etməklə gələcək enerji tələbatını ödəməkdə ciddidirsə, sənayeyə xroniki olaraq investisiya çatışmazlığını tez bir zamanda düzəldilməlidir”, – Haytam əl-Qeys vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol