Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri
İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib:
"İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət
təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün
sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində
xəstələri həyatda saxlamaq mümkün olur.
Yoluxmanın artıb –azalma tezliyi spiralvaridir. Yəni
bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir.
Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb
edir ki, yeni qabaqlayıcı addımlar atılsın.
Həkimlər də yoluxmanın qarşısınnı alınması üçün təcridin
çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar
özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də
tenednsiya ürəkaçan deyil.
Məsələn, Aprelin 8-də bir sutka ərzində 3 073 XKR-
pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün-
aprelin 11-də isə artıq 1 sutka ərzində
XKR- qaydalarının pozuntusu 3 810–a yüksəlib. Bunlardan da 27-si inzibati
həbs, biri cinayət işidir. 27 inzibati həbs
cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti
yaranmaqdadır.
İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək
istəməyib. Baxmayaraq ki, bu bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə
ki, vətəndaşların XKR-nin qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz
də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq, bu günkü mənzərə göstərir
ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi
günün tələbinə çevrilməkdədir”.
"icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləqv edilib".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !