Operatorun yerə yıxdığı miqrantın İspaniyada yeni həyatı

23:13 | 17.09.2015
Operatorun yerə yıxdığı miqrantın İspaniyada yeni həyatı

Operatorun yerə yıxdığı miqrantın İspaniyada yeni həyatı

Macarıstanda qadın operatorun badalağı ilə yerə yıxılan miqrant Üsamə Abdulmuhsin oğlu ilə birliktə İspaniyada yeni həyata başlamağa hazırlaşır.

Ötən həftə Macarıstan-Serbiya sərhədində əlində uşağı olan miqrantın yerə yıxılmasının görüntüsü geniş rezonans doğurmuşdu.

Hadisədən sonra üzr istəyən operator Petra Lazslo işdən azad olunub.

Suriyada futbol məşqçisi olan Abdulmuhsin, Madrid yaxınlığındakı idman məktəbində peşəsi üzrə işə başlayacaq.

"İspaniyada oğlumla mənim gələcəyim çox yaxşı olacaq", - İspaniyanın El Mundo gazetinə danışan Abdulmuhsin deyib.

7 yaşlı oğlu Zahidlə İspaniyaya çatan Abdulmuhsin, buraya daha əvvəl gəlmiş digər oğlu Məhəmmədə səfər barədə bəhs edib.

"Jurnalistin təpiyi qorxuducu və güclü idi. Çaş-baş qaldım və daha sonra oğlumun üzündəki qorxu və təşvişi görüncə üzüldüm. Zahid iki saat ərzində ağladı. Bu məni dəhşətə gətirdi".

Həmkara kömək

Abdulmuhsin Macarıstan rəsmiləri tərəfindən həbsə atılmaqla hədələndiyini bildirir.

Madrid yaxınlığındakı Getafe qəsəbəsindəki Cenafe Futbol məktəbinin direktoru Miguel Angel Galan suriyalı miqranta yardımını təklif edib.

Galan deyib ki, o məşqçi işləmək üçün həmkarını "ev, qida və geyimlə" təmin edəcək.

İspaniya bu il 17 min qaçqını qəbul edəcəyini bildirib. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb