Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Mərhumun sənət dostları və qohumları onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.
Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.
Hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.
Belə ki, Oktay Əliyevin idarə etdiyi "Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
****
Azərbaycanın əməkdar mədəniyyət işçisi, televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Belə ki, onun idarə etdiyi "Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.





www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !