Oqtay Rəcəbov vəfat etdi

17:53 | 15.12.2022
Oqtay Rəcəbov vəfat etdi

Oqtay Rəcəbov vəfat etdi

Əməkdar incəsənət xadimi professor, bəstəkar Oqtay Rəcəbov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tanınmış bəstəkar 81 yaşında dünyasını dəyişib.

 Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və İstehsalatın əsasları fakültəsini bitirib. Uzun müddət Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olan bəstəkar 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir.

O, pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti