• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Pakistan II Qlobal Demokratiya Sammitində iştirakdan imtina edib

Pakistan II Qlobal Demokratiya Sammitində iştirakdan imtina edib
28.03.2023 12:18
Pakistan II Qlobal Demokratiya Sammitində ştirak etməyəcək. TASS-a bu barədə martın 28-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi İslamabad bunu beynəlxalq dialoq formatı nəzərdə tutulan müəyyən milli öhdəlikləri üzərinə götürməyə hazır olmamaması ilə izah edib.

Bu sammit 2021-ci ildən keçirilir. Pakistan XİN bildirib ki, rəsmi İslamabad ABŞ və həmsədr ölkələrlə demokratik prinsipləri və dəyərləri təşviq etmək, gücləndirmək, eləcə də insan hüquqlarını təbliğ etmək və korrupsiya ilə mübarizə aparmaqla bağlı ikitərəfli əsasda əlaqə saxlayacaq: "Biz ABŞ və həmsədr ölkələrə Pakistanı bu il martın 29-30-da keçiriləcək II Qlobal Demokratiya Sammitində iştiraka dəvət etdiklərinə görə minnətdarıq”.

Nazirlik vurğulayıb ki, Birləşmiş Ştatlarla Pakistanın dostluğunu yüksək qiymətləndirirlər: "Prezident Cozef Bayden administrasiyası ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə inkişaf edib”.

XİN-in açıqlamasında bildirilib ki, Pakistan sülh, sabitlik və firavanlıq naminə əməkdaşlığın gücləndirilməsinə sadiqdir.

Martın 29-30-da Zambiya, Kosta-Rika, Hollandiya, Koreya Respublikası və ABŞ-ın həmsədrliyi ilə virtual formatda II Qlobal Demokratiya Sammiti keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
Dünya 23:15
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Dünya 22:36
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Hava şarı yandı -Ölən və yaralılar var
Dünya 22:11
Hava şarı yandı -Ölən və yaralılar var
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Dünya 22:05
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Dünya 22:01
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Dünya 21:54
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 21:38
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Dünya 20:56
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Dünya 20:44
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol