Pakistanda partlayış: 69 ölü, 300-dən çox yaralı - YENİLƏNİB + FOTOLAR

08:20 | 28.03.2016
Pakistanda partlayış: 69 ölü, 300-dən çox yaralı - YENİLƏNİB + FOTOLAR

Pakistanda partlayış: 69 ölü, 300-dən çox yaralı - YENİLƏNİB + FOTOLAR

Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 300-dən çox insan yaralanıb.

Qanlı hadisə zamanı 23 uşaq ölüb, 56-sı yaralanıb. İlkin araşdırmalara əsasən, partlayıcı maddənin gücü trotil ekvivalentində 8-10 kq olub. Hadisə yerində terror aktını törətməkdə şübhəli bilinən 28 yaşlı yerli sakinin şəxsiyyət vəsiqəsi tapılıb. İnsidentlə əlaqədar 15 nəfər saxlanılıb, onlardan ikisi güman edilən terrorçu-kamikadzenin qardaşlarıdır.

Pəncab əyalətində üçgünlük matəm elan edilib. Pakistanın baş naziri Nəvaz Şərif bu gün Böyük Britaniyaya planlaşdırdığı səfərini təxirə salıb.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti Pakistan taliblərinin hərəkatına daxil olan "Cəmaat ül Əhrar" qruplaşması öz üzərinə götürüb.

***
Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

***
Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 200-dən çox insan yaralanıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

***
Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Partlayış nəticəsində 100 nəfərə yaxın şəxs yaralanıb. Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. İlkin məlumatlara əsasən partlayışı terrorçu-kamikadze törədib. Yaralıların əksəriyyəti qadın və uşaqlardır.

***
Bu gün Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində partlayış baş verib.

APA-nın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Ən azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Partlayış şəhər parklarının birində baş verib.
 








 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb