Fotolarda gördüyünüz məkan Nəsimi rayonu ərazisində, Həsən Əliyev 16 ünvanında yerləşir. Köhnə Bakı əhalisinin "Papanin" (indiki Cəlil Məmmədquluzadə küçəsi) məhəlləsi adlandırdığı bu ərazidə faktiki olaraq sakinlərin evlərinə, küçəyə gedən yollar tikinti aparan şirkət tərəfindən dəmir məftillərlə hasarlanıb, insanların gediş-gəlişinə manelər yaradılıb. Sakinlər tikinti olan ərazidə əvvəlllər hərbi geyim hazırlanan zavodun olduğunu deyirlər. Məhəllə sakinlərinin bildirdiyinə görə, şirkət işçiləri əvvəl yolu tamam bağlasalar da, gənclər məftil hasarın bir tərəfini sökərək nisbətən yolu açmağa müvəffəq olublar.
Təəssüf ki, nə məhəllə sakinləri, nə də biz tikinti şirkətinin adını müəyyən edə bilmədik.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !