Katoliklərin dini lideri Papa Fransisk sosial şəbəkə hücumuna məruz qalıb.ANS PRESS-in məlumatına görə, ən populyar sosial şəbəkə saytı olan “Facebook”da Papa Fransiskin adına çılan rəsmi səhifə ("Papa Francesco") hakerlərin hücumuna məruz qalıb.Bir milyon üç yüz mindən çox izləyicisi olan səhifə sındırılaraq, orada Qurani-Kərimdən müxtəlif ayələr, kəlimeyi-tövhid və İsrailə qarşı fotoşəkillər paylaşılıb. Səhifənin örtük (kaver) şəkli də dəyişdirilərək kəlimeyi-tövhid şəkli yerləşdirilib. Bundan başqa Papanın "tək gerçək islam dinidir" yazılan "caps"lər və "Azad Fələstin", "Yaşasın Əlcəzair" yazılmış şəkillər paylaşıblar.Bu hərəkətin hansı haker qrup tərəfindən həyata keçirildiyi bilinməsə də bir neçə paylaşımdan sonra səhifə əvvəlki vəziyyətinə qaytarılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !