Azərbaycan Parisdə keçirilən Yay Paralimpiya Oyunlarını 28-ci sırada bitirib.
7 növdə 18 idmançı ilə yarışa qatılan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc medalı aktivinə yazdırıb.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !