Növbədənkənar Parlament seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edilib.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün keçirilən iclasında verilib.
Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !