PAŞA bank Qarabağ dirçəliş fonduna 7 milyon ianə bağışlayıb

2022-ci ildə PAŞA bank Qarabağın dirçəliş fonduna 7 milyon manat vəsait köçürüb. Bunu Bankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib.
"2022-ci ildə PAŞA bank Qarabağın dirçəliş fonduna 7 milyon manat ianə edib. Biz bu ianələri dövlət və qeyri dövlət təşkilatları ilə bərabər etdik. Azərbaycan iqtisadiyyatına edilən yardımda bankın da rolu olmaldır", - Cavid Quliyev bankın 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
2022-ci ildə "PAŞA Bank”ın kredit reytinqi "Standard & Poor's” tərəfindən uzunmüddətli 'B+' və qısamüddətli 'B' səviyyəsində təsdiq edilib.
Aytac
www.anews.az