"Mən əvvəllər bəyan etmişəm ki, Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişi Dağlıq Qarabağa, yəni hərtərəfli həll yoluna aid edilməlidir, yoxsa Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi ilə bağlı məsələlər daha da irəliyə götürülməli və başqa məntiqlə həll olunmalıdır və biz bu məsələ ilə bağlı qərar qəbul etməmişik. Bu o demək deyil ki, bizim bu məsələ ilə bağlı mövqeyimiz yoxdur”, - Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.
İyulun 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !