Bu barədə Belarusun Pul Pervoqo Teleqram kanalı foto dərc edərək məlumat yayıb.
Görüşlə bağlı başqa təfərrüatlar verilməyib.
Bu il iyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə Ermənistanın heç bir rəsmisi Belarusa səfər etməyəcək.
"KTMT liderlərindən biri 44 günlük müharibədə Azərbaycanın qələbəsinə inandığını bəyan edir. Bundan sonra mən gedib Belarus prezidenti ilə KTMT formatında oturub məsələni müzakirə etməliyəm?”, - Paşinyan bildirib.
Həmin gün Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün İrəvana, Belarus isə Ermənistandakı səfirini çağırıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !