Rəsmi İrəvan COP29 iqlim konfrasına qədər Azərbaycanı sülh sənədində razılaşdırılmış bəndlər üzrə müqavilə imzalamaya dəvət edir. Bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
"Ermənistan tərəfi Bakıda COP29-dan əvvəl sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini imzalamağı və bununla da sülh prosesinin irəliləyişinə stimullaşdırıcı mühit yaratmağı təklif edib”, - Paşinyan BMT-nin konfrasında bildirib.
Bir neçə gün öncə Azərbaycan Prezidenti Milli Məclisində çıxışında söyləyib ki, Ermənistan sülh müqaviləsində razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb.
Bundan əvvəl Əliyev vurğulayıb ki, sülh sənədi istiqamətində iki ölkə arasında 80% razılaşma əldə edilib.
Bundan əvvəl Ermənistanın baş naziri açıqlama verərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır.

Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında 50-dən çox ölkədən dövlət və hökumət başçıları da daxil olmaqla 80 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !