"Mən gözləyirəm ki, Moskvada sülh müqaviləsinin daha bir neçə bəndi üzrə razılığa gəlmək mümkün olacaq və Laçın dəhlizinin açılması üçün həll yolları tapılacaq", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.
"Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri ilə daim təmasdayıq. Və təşkilata Laçın dəhlizi məsələsi ilə bağlı müraciət bizim edə biləcəklərimizdən biridir, bu çətin deyildir. Bir saat ərzində BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərsiniz. Məsələ bu müraciətlə bağlı qərarın qəbul edilib-edilməyəcəyidir. Məsələ burasındadır. Əgər belədirsə, onda nə olacaq. Unutmayaq ki, bu, Şura müvafiq siyasi qurumudur və Şuranın üzvü olan dövlətlər səviyyəsində müzakirə etməliyik”, - Paşinyan bildirib.
İyulun 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !