Paşinyan və Əliyev xarici işlər nazirlərinə sülh sazişi ilə bağlı tapşırıq verib

17:46 | 24.10.2024
Paşinyan və Əliyev xarici işlər nazirlərinə sülh sazişi ilə bağlı tapşırıq verib

Paşinyan və Əliyev xarici işlər nazirlərinə sülh sazişi ilə bağlı tapşırıq verib

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində baş tutan görüşün nəticəsi olaraq xarici işlər nazirlərinə sülh müqaviləsinin imzalanması üçün son düzəlişləri aparmağı tapşırıblar. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.


"Müvafiq nazirlərə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" razılaşma üzrə ikitərəfli danışıqları davam etdirmək, onun tezliklə yekunlaşdırılması və bağlanması məqsədilə tapşırıq verilib", - məlumatda qeyd olunub.


Paşinyan və Əliyev ikitərəfli sülh gündəminin irəliləməsi ilə bağlı məsələləri, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Daha əvvəl Paşinyan Kazanda keçirilən "açıq format" / "BRICS plus" iclasında çıxışı zamanı Ermənistan və Azərbaycanın sülhün təməlini yaratmaq üçün bütün prinsipial məsələlərdə razılığa gəldiklərini bildirmişdi.

 

Ermənistan hökumətinin rəhbəri qeyd etmişdi ki, sənəd "ən azı 80-90%" razılaşdırılıb.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti