• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Payvand: İran Azərbaycan ilə yaxınlaşmaq istəyir

Payvand: İran Azərbaycan ilə yaxınlaşmaq istəyir
28.08.2015 15:00
"Naxçıvan İransız bacarmayacaq”.

İran və Azərbaycan arasında altı illik gərgin münasibətdən sonra İranın yüksək vəzifəli məmurlarının Bakıya və Azərbaycan nazirlərinin Tehrana səfərləri yaxınlaşmaya cəhdi sübut edir. Bu yaxınlaşma qismən bu ölkələrin eyni düşmənlər ilə rastlaşacağı təhlükəsi ilə şərtlənib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın xəbər portalı "Payvand Iran News” yazır. 

Sayt qeyd edir ki, artıq bir çox ölkələr İslam respublikasının nüvə proqramı üzrə razılıq imzaladıqdan sonra İran ilə əməkdaşlıq etmək arzusunu bəyan edib, amma İran prezidentinin sözlərinə görə, hal-hazırda Azərbaycana üstünlük verilir.

"Tehran Bakı ilə iqtisadi və strateji münasibətlərini, Azərbaycan və İsrail arasında mövcud olan diplomatik münasibətlərə dair narazılığa baxmayaraq qaydaya salmaq niyyətindədir”, - "İran Azərbaycan ilə yaxınlaşmağa çalışır” adlı məqalədə qeyd edilir. 

Corctaun universitetinin beynəlxalq münasibətlər üzrə professoru Şirin Hanterin sözlərinə görə, bütün təzadlara baxmayaraq, bu iki ölkə bir-biri ilə münasibətlərdə gərginliyə yol verməməyə çalışıblar. 

O əmindir ki, Bakının da İran ilə yaxşı münasibətlər arzulamaq üçün səbəbləri var: 

"Azərbaycana İran lazımdır, çünki Naxçıvan Muxtar Respublikasına çıxış İrandan həyata keçirilir. Naxçıvan İransız bacarmayacaq. Ermənistan ilə münaqişəsi olan Azərbaycan, İran ilə münaqişəyə gedə bilməz. Bunu İran haqqında da demək olar. Bundan başqa, çox sayda azərbaycanlılar İrana tibbi müalicə və alış-veriş üçün gedirlər”.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin sözlərinə görə, "terrorçuluq və ekstremizm ilə müştərək mübarizə” Zərifin Bakıya bu yaxınlardakı səfərinin səbəblərindən biri idi.  

"İran mühüm dövrdə yaşayır. Onun cənub qonşuları Tehran ilə münasibətlərini genişləndirməyə xüsusi can atmırlar, İraq heç də həmişə sabit və təhlükəsiz qonşu olmayıb, Pakistan heç bir zaman etibarlı olmayıb, Türkiyə ilə münasibətlər isə İŞİD təhlükəsi və Suriya böhranı ucbatından soyuqdur. Azərbaycana gəldikdə isə İran onunla mühüm strateji yerdə olan, etibarlı qonşu kimi yaxşı münasibətlər qura bilər.  

İran və Azərbaycan rəhbərlərinin 2014-cü ildə doqquz ay ərzində dörd görüş keçirmələri hər iki dövlətin, xüsusilə indi ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qaldıqları bir dövrdə, münasibətlərin yaxşılaşdırılmasının labüdlüyünü görmələrini sübut edir”, - materialda qeyd edilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Dünya 22:58
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Tramp və Netanyahu arasında telefon danışığı olun
Dünya 21:30
Tramp və Netanyahu arasında telefon danışığı olun
ABŞ-də təyyarə yaşayış olan əraziyə düşüb - Sakinlər təxliyə edilib
Dünya 18:36
ABŞ-də təyyarə yaşayış olan əraziyə düşüb - Sakinlər təxliyə edilib
Ərdoğan növbəti seçkilərdə prezident olmayacağını açıqlayıb
Dünya 16:14
Ərdoğan növbəti seçkilərdə prezident olmayacağını açıqlayıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Dünya 09:49
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İsrail səfirliyinin 2 əməkdaşı güllənib
Dünya 09:00
İsrail səfirliyinin 2 əməkdaşı güllənib
Rusiyanın Quru Qoşunlarına yeni baş komandan təyin olunub
Dünya 07:36
Rusiyanın Quru Qoşunlarına yeni baş komandan təyin olunub
İsrail və Türkiyə Suriyada toqquşmanı dayandırır -Bakıda razılaşma
Dünya 07:27
İsrail və Türkiyə Suriyada toqquşmanı dayandırır -Bakıda razılaşma
İran İsrail üçün ciddi təhdid yaradır—Netanyahu
Dünya 07:22
İran İsrail üçün ciddi təhdid yaradır—Netanyahu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol