• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Pekindən Avropa İttifaqına xəbərdarlıq

Pekindən Avropa İttifaqına xəbərdarlıq
13.10.2024 18:27
Çinin Ticarət Nazirliyi Çinlə Avropa arasında elektromobil ticarəti ilə məşğul olan bəzi şirkətlərlə ayrıca qiymət danışıqlarının aparılmasına görə Avropa İttifaqına xəbərdarlıq edib.Bu barədə "TASS” idarənin bəyanatına istinadən yazıb.

Qeyd olunub ki, əgər Avropa Çin tərəfi ilə məsləhətləşmə fonunda bəzi müəssisələrlə qiymət öhdəlikləri üzrə ayrıca danışıqlar apararsa, bu, dialoqun və qarşılıqlı etimadın təməlini sarsıdacaq.

Bəyanatda həmçinin deyilir:
"Brüsselin bu cür hərəkətləri məsləhətləşmələrin gedişinə maneələr yaradacaq. Biz Avropa İttifaqını tam səmimiyyət nümayiş etdirməyə və davam edən danışıqlara əsaslanaraq bütün tərəflər üçün məqbul həllə nail olmağa çağırır”.

Çin şirkətləri ölkənin ticarət palatasına bütün sənayenin mövqeyini əks etdirən qiymət öhdəliyi təklifi irəli sürmək səlahiyyəti verib. Bu, Pekinin fikrincə, davam edən ikitərəfli məsləhətləşmələr üçün əsasdır.

Qeyd edək ki, oktyabrın əvvəlində Aİ Çinin elektrik avtomobilləri üçün tarifləri 35%-ə qaldırıb. Buna cavab olaraq Çin Avropa İttifaqının kənd təsərrüfatı məhsullarına qarşı antidempinq araşdırması elan edib və Avropanın iri mühərrikli avtomobillərinə rüsumları artırmağı nəzərdən keçirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol