Penitensiar Xidmətin rəisinə yeni rütbə verildi

Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.
ANN.Az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, indiyədək polis general-mayoru rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.
Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 