Ona pişik-adam deyirlər
ANN.Az xəbər verir ki, Suriyanın Aleppo şəhərindən olan Məhəmməd Ala Əl-Cəlil yüzdən çox pişiyin qayğısına qalır.
Pişiklərin çoxu sahiblərinin evlərindən çıxmasından sonra küçələrdə qalıblar. Suriyadakı dəhşətli müharibəyə qədər Məhəmməd elektrik ustası olub və müharibə başlayandan sonra təcili yardım xidmətində çalışmağa başlayıb. 2011-ci ildən isə o, evsiz-eşiksiz pişiklərə yiyəlik edib.
Dostlarının böyük əksəriyyəti ölkədən qaçsa da, Məhəmməd pişiklərini və vətənini başsız qoymağı seçmədi.
Hazırda Məhəmməd işini davam etdirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !