PKK kənd camaatına hücum etdi: ölənlər var

15:16 | 29.09.2016
PKK kənd camaatına hücum etdi: ölənlər var

PKK kənd camaatına hücum etdi: ölənlər var

3 kəndli ölüb

ANN.Az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Hakkari vilayətinin Yüksəkova vilayətində PKK terrorçuları kəndi mühafizə edən sakinlərə hücum ediblər.
 
Terrorçularla sakinlər arasında yaranan qarşıdurma nəticəsində 3 nəfər mühafizə işçisi ölüb.Hazırda hdisə yerinə yerli təhlükəsizlik qüvvələri cəlb edilib, əməliyyat davam etdirilir.

PKK Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış terror təşkilatıdır. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM