Planetin əsas Santa Klausu ismarıc göndərdi

23:18 | 23.12.2013
Planetin əsas Santa Klausu ismarıc göndərdi

Planetin əsas Santa Klausu ismarıc göndərdi

Milad bayramı ərəfəsində planetin əsas Santa Klausu ilin əsas səyahətinə hazırlaşır. Söhbət Finlandiyanın Rovaniemi kəndində yaşayan əsas Santa Klausdan gedir. Rəvayətə görə, əsl Santa Klausun vətəni məhz qarlı Laplandiyanın bu ərazisidir. Ənənəyə uyğun olaraq, bu il də əsas Santa Klaus media nümayəndələrinə son hazırlıq prosesini lentə almağa icazə verib.Santa Klausun ofisinin yerləşdiyi və Finlandiyanın ən məşhur turist bölgəsi olan Rovaniemiyə hər il 400 minə yaxın adam gəlir. Hər il yaxınlıqdakı poçt qutusuna da bütün dünyadan minlərlə məktub gəlir. Santa-Klausun bir neçə dil bilən elf köməkçiləri məktubların Santa tərəfindən cavablandırılmasına kömək edirlər. Bundan sonra isə uşaqların istədiyi hədiyyələr Santa Klausun Şimal Qütbü yaxınlığında yerləşən məxfi emalatxanasında hazırlanır. "Təbii ki, uşaqların ən çox hədiyyə olaraq istədikləri oyuncaqlardır, lakin maddi olmayan şeylər də istəyirlər. Daha çox, dünyada sülh və ailə üzvləri ilə daha çox vaxt keçirmək istədiklərini yazırlar".Bu il Santa Klaus uşaqlara göndərdiyi ənənəvi Milad ismarıcında hamını dözümlülüyə və dostluğa çağırıb. "Bizim gələcəyimiz olan gəncləri hər kəsə eyni yanaşmağa çağırıram. Gənclər bir-biri ilə dostlaşmalı, bir-birini dəstəkləməlidir. Əgər dost əhatəsinə yeni biri gəlirsə, hər kəs ona kömək etməlidir".Hədiyyələrini hazırladıqdan sonra Santa Klaus maral Rudolfla yola çıxıb və 24 saat ərzində bütün dünyada uşaqları sevindirməyə yollanıb. Yola düşməzdən əvvəl planetin əsas Santa Klausu ənənəyə uyğun olaraq, 5 dildə - fin, isveç, alman, holland və fransız dillərində "Milad bayramınız mübarək!" deyib."ANS Press"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti