• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Riçard Kozlariçin ABŞ siyasətinə dəxli yoxdur

Deputat: Riçard Kozlariçin ABŞ siyasətinə dəxli yoxdur
29.08.2016 12:54
"Riçard Kozlariçin ABŞ-ın yürütdüyü siyasətə dəxli yoxdur. O, hazırda təqaüddə olan şəxsdir. 

Kozlariçin danışdıqlarının nə ABŞ siyasətinə, nə də ABŞ diplomatiyasına dəxli var. Bu insan bütün fəaliyyəti boyu antiazərbaycan mövqeyi ilə tanınıb. O, Bakıda səfir işləyərkən də cəmiyyət tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilirdi. O, hətta öz ölkəsinin bəyan etdiyi beynəlxalq hüquq normalarına zidd addımlar atıb”.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin "Amerikanın Səsi” radiosuna müsahibəsinə münasibət bildirərkən deyib.

Depuatat qeyd edib: "Kozlariç deyib ki, o, heç zaman Azərbaycanı ABŞ-ın strateji müttəfiqi kimi görməyib. Sabiq diplomatın dediklərindən belə anlaşılır ki, guya, ABŞ heç vaxt Azərbaycanı strateji partnyor kimi tanımayıb".

Komitə sədri bildirib ki, ABŞ dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib: "ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də ABŞ-dır. Buna baxmayaraq, Kozlariç Qarabağ münaqişəsi ilə bağlı məsələ ortaya çıxanda həmişə antiazərbaycan mövqedə dayanır. Təqaüddə olan bir adamın yersiz iddiası bəziləri tərəfindən şişirdilir, hətta az qala ABŞ siyasəti kimi təqdim olunur. Amma belə deyil. Bilmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev həm daxili, həm də xarici siyasət yürüdərkən yalnız və yalnız Azərbaycan xalqının, cəmiyyətinin maraqlarına xidmət edir. Bu gün Azərbaycan siyasətində hər hansı bir ölkənin marağı nəzərə alınmır. Azərbaycan heç bir ölkəyə qarşı deyil, beynəlxalq hüquq normalarına uyğun addımlar atır”.

F.Muradov bildirib ki, bu yaxınlarda ABŞ-ın Müstəqillik günü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda Birləşmiş Ştatların Azərbaycandakı hazırkı səfiri Robert Sekuta ölkəsinin Azərbaycanla əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf etdirməyə maraqlı olduğunu bildirib: "Bu isə bir daha onu göstərir ki, Riçard Kozlariçin açıqlamasının Vaşiqntonun rəsmi siyasətinə heç bir aidiyyatı yoxdur”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol