Putin: Rusiya XİN ABŞ-ı məhkəməyə verməlidir
"Rusiya Xarici İşlər Nazirliyi ölkənin San-Fransiskodakı baş konsulluğunun binasının bir hissəsinin ələ keçirilməsinə görə ABŞ-a qarşı məhkəmədə iddia qaldırmalıdır".
anews.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Xarici İşlər Nazirliyinə məhkəmədə iddia qaldırmağı məsləhət görürəm. Görək ABŞ-ın tərifli məhkəmə sistemi necə işləyəcək", - V.Putin bildirib.
Eyni zamanda, Rusiya prezidenti rəsmi Moskvanın ABŞ-ın diplomatik missiyasının əməkdaşlarının sayını daha 155 nəfər azaltmaq hüququnu özündə saxladığını vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox