• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Heç bir iş görməyən deputatlar hər ay bu qədər maaş alacaqlar - TAM SİYAHI

Heç bir iş görməyən deputatlar hər ay bu qədər maaş alacaqlar - TAM SİYAHI
05.12.2019 15:23
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmaması barədə Qərarını elan edib.

Qərarda qeyd olunur ki, Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Yeniavaz.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin Qərarına əsasən Milli Məclis bundan sonra yalnız hərbi və fövqəladə vəziyyətin tətbiq edilməsi, müharibə elan edilməsi və sülh bağlanmasına razılıq verilməsi kimi səlahiyyətlərə sahib olacaq. Qeyd olunan fəaliyyətlərdən başaq Milli Məclisin bütün səlahiyyətləri sona çatıb.

Milli Məclis qeyd olunan səlahiyyətlərini saxladığı üçün millət vəkilləri bundan sonra heç bir iş görməsələr də  növbəti çağırış fəaliyyətə başlayana qədər əmək haqqı aılmağa davam edəcəklər.

Məlumat üçün bildirək ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir.

Qanunun 21-ci maddəsinə əsasən Milli Məclis üzvlərinin ay ərzində aldıqları vəsait aşağıdakı kimidir:

Milli Məclisin sədri - 6187 manat 50 qəpik

Milli Məclis sədrin I müavini - 5 940 manat

Milli Məclis sədrinin müavini - 5 610 manat

Milli Məclisin komitə və komissiya sədri - 5 280 manat

Komitə və komissiya sədrinin müavini - 4 950 manat

Sıravi deputat - 4 620 manat
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol