Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Anews.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























