• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

XİN-dən Naxçıvana kimyəvi hücum xəbərinə reaksiya

XİN-dən Naxçıvana kimyəvi hücum xəbərinə reaksiya
04.06.2014 16:56
Ermənistanın Naxçıvana kimyəvi hücum hazırlaması barəsində kütləvi informasiya vasitələrində yayılan xəbərlərə Azərbaycamn Xarici İşlər Nazirliyindən münasibət bildirilib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında bunun Ermənistan tərəfinin növbəti təxribatı olduğunu söyləyib. O, qeyd edib ki, rəsmi İrəvan bu cür təxribat xarakterli addımlara əl ataraq, yerli və beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltməyə çalışır. "Hamı bunun təxribat olduğunu dərk edir. Ermənistan işğal etdiyi torpaqlardan gec-tez çıxmalı olacaq. Təxribat və "siyasi cığallıq" yolu ilə zaman uzatmağın mənası yoxdur və bu sülh prossesinə mənfi təsir göstərir. Bu cür təxribatlar Ermənistanın onsuzda aşağı olan simasını daha da aşağılayır"."Ermənistanın işğalçı dövlət adı onsuz da üzərindədir. Rəsmi İrəvanın ilk atmalı olduğu addım Azərbaycanın işğal altında saxladığı ərazilərini boşaltmaqdır. Bu gün Ermənistan beynəlxalq hüquq normalının tələblərinə hörmət etməyən tərəfdir. Ermənistanın üzərində olan işğalçı dövlət adı olduqca ağırdır. Ermənistan bu adı üzərindən götürməyə çalışmalı və işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdırlar. Bizim sülh danışqlarını davam etdirməyimizin əsas məqsədi torpaqlarımızın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Əks halda Azərbaycan istənilən üsulla və istənilən dillə Ermənistanla danışa bilər", - deyə XİN-in mətbuat katibi bildirib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol