MN minatanlarla bağlı VİDEO yaydı
![MN minatanlarla bağlı VİDEO yaydı MN minatanlarla bağlı VİDEO yaydı](https://anews.az/photo/850x500/2021-09/1631963666_158b1da7-33b9-34de-a6fe-6b48c18ba3ac_850.jpg)
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.
Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər