• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Naxçıvanda terrorla mübarizə üzrə xüsusi təlim keçirib -VİDEO

Naxçıvanda terrorla mübarizə üzrə xüsusi təlim keçirib -VİDEO
30.09.2021 16:02
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində terrorla mübarizə mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib.

Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.

Taktiki-xüsusi təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, əsas diqqət şəxsi heyətin binalarda antiterror əməliyyatlarının aparılması, əsir və girovların azad edilməsi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Təlimin ssenarisinə əsasən əhali arasında çaxnaşma yaratmaq məqsədilə şərti düşmənin təxribat-diversiya qrupunun üzvləri bir neçə nəfər mülki vətəndaşı əsir götürərək tərk edilmiş çoxmərtəbəli binada gizlənirlər.

Terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşlarımızın azad edilməsi tapşırığını almış xüsus təyinatlı qruplar helikopter və zirehli avtomobillərlə eyni anda binaya həmlə edirlər.

Antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçumuza çevik şəkildə tibbi yardım göstərilir və yaralının təhlükəsiz şəkildə helikopterlə təxliyyəsi həyata keçirilir.

Müxtəlif üsul və vasitələrdən istifadə edərək binaya daxil olan xüsusi təyinatlı qruplar təxribatçıları zərərsizləşdirməyə davam edirlər.

Xüsusi təyinatlılarımız yaxın döyüş və atəş üsullarının tətbiqi ilə təxribatçıları qarşılıqlı əlaqədə fəaliyyət göstərmək imkanından məhrum edərək zərərsizləşdirirlər.

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıların əksəriyyətini məhv edir, müxtəlif silah nümunələrini ələ keçirir, terrorçuların bir neçəsini əsir götürür və mülki vətəndaşlarımızı sağ olaraq əsirlikdən azad edirlər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin sonunda mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev hazırda uğurla davam edən "Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi ilə bərabər müxtəlif qoşun növləri və xüsusilə də xüsusi təyinatlı bölmələrlə keçirilən taktiki-xüsusi təlimlərdə hər iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və döyüş əzmi nümayiş etdirdiyini diqqətə çatdırıb.

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Siyasət 16:47
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol