İlham Əliyev və Paşinyan bu tarixdə yenidən GÖRÜŞÜR

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 6-da Brüseldə görüşəcək. Bu barədə Ermənistan mediasında məlumat verilib.
Bildirilib ki, İclas Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə baş tutacaq.
Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 