• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlılarının sayı AÇIQLANIB

Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlılarının sayı AÇIQLANIB
18.09.2023 18:07
10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir.
 
Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib.

Bu barədə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.
 
Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur
"Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb.
Son günlər, həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır", - deyə əlavə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi
Siyasət 18:17
Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi

Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
Siyasət 14:01
Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
Siyasət 13:23
İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Siyasət 13:12
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Siyasət 12:06
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Siyasət 10:41
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Daşaltı əməliyyatından 34 il ötür
Siyasət 00:22
Daşaltı əməliyyatından 34 il ötür
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Siyasət 21:53
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Siyasət 20:18
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol