• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - Yenilənib

Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - Yenilənib
09.05.2024 09:23
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı "Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələrini tərk etməsi razılaşdırılıb.Bu barədə "Baqramyan 26" teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, liderlər arasında danışıqlar uğurla nəticələnib:
"Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin "Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələrini tərk edəcəklər”.

Aprelin 20-də Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini, avqust ayında isə "Zvartnots" hava limanından çıxacaqlarını bildirmişdi.

 00:23

Mayın 8-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.Bu barədɛ TASS məlumat yayıb.

Bu, liderlərin 2023-cü ilin dekabrından bəri ilk görüşüdür. Kreml qeyd edib ki, bundan sonra Putinlə Paşinyan arasında faktiki olaraq heç bir əlaqə olmayıb, ona görə də bugünkü söhbət xüsusilə vacibdir.

Rusiya tərəfi həmçinin bəyan edib ki, Moskva ilə İrəvan arasında münasibətlər ağır günlər yaşayır: iki ölkə arasında təmaslar azalıb, Ermənistan nümayəndələri həm Rusiyanı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb
Siyasət 12:04
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb
Azad Avropa/Azadlıq Radiosu
Siyasət 16:19
Azad Avropa/Azadlıq Radiosu" nun keçmiş əməkdaşı həbs edilib
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Siyasət 09:13
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib
Siyasət 13:17
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan
Siyasət 13:54
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan
Atalarından sonra deputat olmaq istəyənlər - SİYAHI
Siyasət 18:11
Atalarından sonra deputat olmaq istəyənlər - SİYAHI
Samanta Pauel Ermənistanda sülh sazişindən danışıb
Siyasət 16:34
Samanta Pauel Ermənistanda sülh sazişindən danışıb
Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - Yenilənib
Siyasət 09:23
Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol