• $
  • €
  • ₽
  • ₺
  • £

Atalarından sonra deputat olmaq istəyənlər - SİYAHI

Atalarından sonra deputat olmaq istəyənlər - SİYAHI
17.07.2024 18:11
Milli Məclisinin sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərində sabiq deputatlar olmuş Tahir Süleymanov və  Əhməd Vəliyevin, eləcə də hazırda deputat olan Fəzail Ağamalının qızı iştirak edəcək. 
 
Belə ki, sabiq deputat Tahir Süleymanovun oğlu Mahir Süleymanlı namizədliyini 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən, Əhməd Vəliyevin oğlu isə 20 saylı Nərimanov ikinci seçki dairəsindən verib. 
 
Namizədliyini irəli sürən hər iki şəxsin adı Yeni Azərbaycan Partiyasının təqdim etdiyi namizədlər sırasında qeyd olunub. 
 
Hazırda deputat olan Fəzail Ağamalının qızı olan Günay Ağamalı isə  65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olduğunu açıqlayıb. 
 
Deputat Fəzail Ağamalı lent.az saytında bu il seçkilərdə səhhətində yaranan problemlə görə iştirak etməyəcəyini söyləyib və bildirib ki, həmin dairədən onun qızı namizəd olacaq. 
 
Fəzail Ağamalı ANa Vətən partiyasının sədridir. Partiya Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərdə iştirak üçün təsdiq cavabı alıb. 
 
Mərkəzi Seçki Komissiyasının son açıqlamasında 20-dən çox siyasi partiya seçkidə iştirak hüququ əldə edib. 
 
Bundan başqa deputat Sabir Rüstəmxanlı da bu iş parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb, onun deputat olduğu ərazidən həyat yoldaşı Tənzilə Rüstəmxanlı namizədliyini verəcək. 
 
Bir neçə gün öncə Ağ Partiyanın sədri Tural Abbaslı da açıqlayıb ki, növbədənkənar parlament seçkilərində özü ilə bərabər həyat yoldaşı və qaynatası da iştirak edəcək. Partiya sədri bu iştirakı ailələrinin siyasətçi olması ilə əlaqələndirib. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol