Putinin COP29 tədbirində iştirak etməsi gözlənilir
![Putinin COP29 tədbirində iştirak etməsi gözlənilir Putinin COP29 tədbirində iştirak etməsi gözlənilir](https://anews.az/photo/850x500/2024-10/1728381022_1727355502_1727355402_1726138360_img_6228.jpeg)
Rusiya prezidenti Vladimir Putin və ya baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər. Bu barədə TASS-a Rusiya Federasiyası prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.
11 dekabr 2023-cü il tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflər Konfransı müvafiq olaraq COP29 və COP30-a ev sahibliyi etmək üçün Azərbaycan və Braziliyanın namizədliklərini təsdiqləyib.
COP29-da hökumətlər yeni iqlim maliyyəsi hədəfi təyin etməlidirlər.
BMT-nin Bakı iqlim konfransı postsovet məkanında ilk olacaq. İlkin hesablamalara görə, COP29 günlərində respublikanın paytaxtına 80 minə qədər xarici qonaq gələcək. Daha əvvəl COP29-un icraçı direktoru, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun verdiyi məlumata görə, 50-dən çox dövlət və hökumət başçısı konfransda iştirakını təsdiqləyib.
Aytac
www.anews.az