• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycan və Türkiyənin parlament sədrləri İsveçrədə görüşüb

Azərbaycan və Türkiyənin parlament sədrləri İsveçrədə görüşüb
14.10.2024 18:05
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentə növbədənkənar seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Numan Kurtulmuş Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu bildirib.

Ölkələrin bütün məsələlərdə ortaq mövqe nümayiş etdirdiyini söyləyən TBMM sədri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni şəraitin yarandığını, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına və türkdilli ölkələrə böyük imkanlar yaradacağını bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk təbrik edən TBMM sədri olub. O, seçkilərdə Türkiyə Böyük Millət Məclisinin ən böyük heyətlə müşahidələr aparmasına görə minnətdarlığını ifadə edib.

Spiker Sahibə Qafarova qardaş ölkələr arasında Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında möhtəşəm inkişaf yolu keçən münasibətlərin dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəldiyini vurğulayıb.
 
Qeyd olunub ki, qardaş ölkələr bütün məsələlərdə ortaq mövqedən çıxış edir, o cümlədən beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərirlər.
Görüşdə iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyi və qarşıdakı dövrlərdə də bu istiqamətdə fəaliyyətin davamlı olacağı vurğulanıb.
 
Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların ümumi münasibətlərə mühüm töhfələri təqdir edilib. Parlamentlər müstəvisində də üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı hər iki ölkənin regionda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdikləri ifadə olunub.

Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Siyasət 14:13
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Siyasət 10:05
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Siyasət 20:00
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Somali Prezidenti Azərbaycana gəlib
Siyasət 18:48
Somali Prezidenti Azərbaycana gəlib
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol