• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Qərbi Azərbaycan İcmasından İsveçrə parlamentinə çağırış

Qərbi Azərbaycan İcmasından İsveçrə parlamentinə çağırış
16.10.2024 21:50
Biz İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, ölkəmizə qarşı qərəz və böhtana əsaslanmaqla, İsveçrə hökumətinə "Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək" çağırışı edən təklifi qınayırıq.Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir. kapital bank vakansiya
Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlamış və ötən il onlarla dialoq aparmışdır. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etmişlər.
Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla "dialoq"a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir.
Vurğulamaq istərdik ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir.
İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan və öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də, bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir.
Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik", - bəyanatda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Siyasət 10:05
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Siyasət 20:00
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Somali Prezidenti Azərbaycana gəlib
Siyasət 18:48
Somali Prezidenti Azərbaycana gəlib
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol