• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb

ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
21.10.2024 14:14

ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib və Bakını Ermənistanla sülh müqaviləsini 2024-cü ilin sonuna qədər tamamlamağa çağırıb.


"Dünyanın diqqəti COP29-a bağlı  Bakıya yönəldiyi bir vaxtda, Sizin dünya ictimaiyyətinə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün unikal bir imkan var. Bildiyiniz kimi, sülh müqaviləsinin razılaşdırılmayan maddələrinin tamamlanması hər iki tərəfdən kreativlik və kompromis tələb edəcək. Ancaq əminəm ki, Siz bu fürsətdən yararlanacaqsınız. Mən  cari il ərzində sülh müqaviləsinin üzərində işi tamamlamağa dəvət edirəm”, -  Baydenin Azərbaycan Prezidentinin rəsmi saytında bazar ertəsi dərc olunan məktubunda qeyd edilib.


Amerikalı lider, "ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı və layiqli bir sülhün əldə olunmasına dəstək verməyə hazır olduğunu" vurğulayıb ki, bu da əsrlər boyu davam edən münaqişəyə son qoyacaq.


Bayden Əliyevə ünvanladığı məktubda qeyd edir ki, sülh sazişi Azərbaycan suverenliyi və ərazi bütövlüyünü təmin etməklə yanaşı, bütün regionu dəyişəcək, daha geniş ticarət, investisiyalar və Avropa ilə Mərkəzi Asiya arasında əlaqə imkanları yaradacaq.


ABŞ Prezidenti əlavə edib ki, onun administrasiyası sülhə yol açacaq cəsarətli təşəbbüslərə hazırdır.

 

"Mənim xahişimlə Milli Təhlükəsizlik Şurasının Avropa işləri üzrə baş direktoru və xüsusi köməkçim Maykl Karpenter sizə təqdim edəcəyimiz konkret addımlar barədə məlumat verəcək və Ermənistanla aparılan danışıqlarla bağlı mövqeyinizi öyrənəcək. Ümid edirəm ki, siz bu fürsətdən istifadə edərək region üçün ortaq rifah və ümumi yaxşılıq naminə yeni bir yol seçəcəksiniz”, -  məktubda qeyd olunub.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
İsveç səfiri Famil Xəlilovun ailə üzvləri ilə görüşüb
Siyasət 12:44
İsveç səfiri Famil Xəlilovun ailə üzvləri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol