• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib

Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib
09.12.2024 16:33
Nazirlər Kabineti "Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və "Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq ediləcək. Təlim proqramı hazırlanarkən müfəttişlərin yoxlama həyata keçirəcəkləri sahələrin personalına münasibətdə kvalifikasiyasının yuxarı və ya ən azı eyni həddə saxlanılması ilə bağlı tələblər nəzərə alınmalıdır.


Bundan başqa, hər bir şəxs aviasiya təhlükəsizliyi üzrə müfəttiş kimi səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl "Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”la müəyyən edilmiş ilkin hazırlıq təlimi keçməlidir. İlkin hazırlıq təlimi Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı (ECAC), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və Agentlik tərəfindən tanınmış aviasiya təhlükəsizliyi üzrə digər beynəlxalq və yerli tədris mərkəzləri tərəfindən keçirilir və təlimin yekununda sertifikat təqdim ediləcək.


Həmçinin, aviasiya təhlükəsizliyi üzrə müfəttiş sertifikatı əldə etmiş işçilər müstəqil şəkildə yoxlamalar aparmaq üçün sayı 5-dən az olmayan yoxlamada iştirak etməklə təcrübə keçir. Müfəttişin yoxlamalar zamanı fəaliyyəti yoxlama rəhbəri kimi təyin edilmiş qrup rəhbərinin rəyinə əsasən təcrübənin qiymətləndirilməsini və müfəttişin müstəqil şəkildə vəzifə öhdəliklərinin icrasına icazə verilməsini müəyyən edir.


Təcrübə müsbət qiymətləndirilməzsə, bu Qaydaların 4.3-cü bəndindəki prosedur yenidən həyata keçirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
XİN Paşinyana cavab verib
Siyasət 11:00
XİN Paşinyana cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol