• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Prezident Əlaqələndirmə Qərargahının tərkibində dəyişiklik edib

Prezident Əlaqələndirmə Qərargahının tərkibində dəyişiklik edib
16.12.2024 18:07

İşğaldan azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın tərkibində dəyişiklik edilib.Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni Sərəncamla aşağıdakı dəyişikliklər edilib:

"1.1. "Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”;

1.2. "Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və "Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin:

"Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri;

Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”;

1.3. "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.4. "Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri "Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.5. "Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”;

1.6. "Fikrət Məmmədov” sözləri "Fərid Əhmədov” sözləri ilə, "İnam Kərimov” sözləri "Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin;

1.7. "Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”;
 
1.8. "Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri;

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri;

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
XİN Paşinyana cavab verib
Siyasət 11:00
XİN Paşinyana cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol