• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib - İcma

ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib - İcma
16.12.2024 20:06

ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dair Azərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməyib və sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərində hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib.Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən kütləvi informasiya vasitələrinin sualını "aldadıcı” kimi dəyərləndirməklə ABŞ-nin hər zaman vurğuladığı "söz azadlığı”, "fikir müxtəlifliyi” prinsiplərinə əslində necə "hörmət” bəslədiyini nümayiş etdirib.
Qərbi Azərbaycan İcması olaraq, ABŞ-nin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edirik. Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprel ayında ABŞ dövlət katibi Antoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməyib. Halbuki, ötən dövr ərzində ABŞ hökuməti "insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-nin hazırkı administrasiyası "insan hüquqları” və "mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.

ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayır və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən, dövlət katibi Antoni Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırırıq. Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin ediləcəyinə dair gözləntimizi ifadə edirik”, - bəyanatda qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
XİN Paşinyana cavab verib
Siyasət 11:00
XİN Paşinyana cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol