• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bayramov qazaxıstanlı həmkarı ilə təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib

Bayramov qazaxıstanlı həmkarı ilə təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib
26.12.2024 11:59
Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Murat Nurtleu "Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib:


"Qazaxıstanlı nazir qəzada həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib".


Vurğulanıb ki, Ceyhun Bayramov Qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində, həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.


Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.


Eyni zamanda, dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
XİN Paşinyana cavab verib
Siyasət 11:00
XİN Paşinyana cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol