• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə

Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
07.01.2025 22:53
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan ilə İran arasındakı münasibətlərə və İranın yeni rəhbərliyinin siyasətinin gələcəyinə toxunub.

"Bu barədə danışmaq hələ tezdir, çünki indiki İran rəhbərliyi ilə ciddi əlaqələrimiz olmayıb. Hökumət üzvləri arasında müəyyən kontaktlar olub ki, bunlar da əsasən iqtisadi və nəqliyyat məsələləri ilə bağlı idi",  - Əliyev bildirib. 

Azərbaycan Prezidenti həmçinin əvvəlki hökumətlə əlaqələrin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb.

Əliyev Azərbaycanın səfirliyinə qarşı təşkil olunan terror aktını yada salıb.

"Bizim səfirliyimizə qarşı terror aktı törədilib və bu, təşkil olunan bir terror aktı idi. Bu barədə əsaslandırılan qənaətə gəlməyə imkan verən bir çox amillər var.
Birincisi, təxminən 40 dəqiqə ərzində oraya bir dənə də olsun polis maşını gəlmədi. Halbuki bu, paytaxtın mərkəzində baş verdi. Ertəsi gün terrorçunu dərhal ruhi xəstə elan etdilər, halbuki istənilən tibbi ekspertiza bir neçə gün çəkir. Bu şəxs terroru törətdiyi gün dərhal KİV-lərə müsahibə verdi. Bu hadisədən iki il keçib. Bu günə qədər həmin şəxsin cəzası icra olunmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuş bir hadisə idi",  - Əliyev əlavə edib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol